Formula 1 üzrə dünya çempionatının yay fasiləsində “Alfa Tauri” komandasında dəyişiklik ola bilər.

Avropa mətbuatının məlumatına görə, İtaliya komandasının rəhbərliyi Nik De Vrisin çıxışından narazıdır. Hazırda 20 pilot arasında “Uilyams”ın üzvü Loqan Sarcentlə birgə xal toplamayan niderlandlı pilot ehtiyata göndərilə bilər. “Alfa Tauri” əsas himayəçiləri “Red Bull”un ehtiyat pilotu Daniel Rikkardo ilə müqavilə imzalamaq istəyirlər. Xatırladaq ki, ötən mövsümə qədər Rikkardo “Maklaren”in uğurları üçün çalışırdı.